Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin müavini İlyas Umaxanovu qəbul edib.
Trend-in məlumatına görə, görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası ilə ölkəmiz arasında əlaqələrin münasibətlərimizin daha da möhkəmləndirilməsi baxımından önəmi qeyd olundu, İlyas Umaxanovun ölkəmizə səfərinin bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyi vurğulandı.
İlham Əliyev Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin müavinini qəbul edib (FOTO)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin müavini İlyas Umaxanovu qəbul edib