...

İlham Əliyev Bolqarıstanın iqtisadiyyat, energetika və turizm nazirini qəbul edib

Siyasət Materials 21 Sentyabr 2011 17:28 (UTC +04:00)
Azərbaycanın Prezidenti İlham Əliyev sentyabrın 21-də Bolqarıstan Respublikasının iqtisadiyyat, energetika və turizm naziri Trayço Traykovu qəbul edib
İlham Əliyev Bolqarıstanın iqtisadiyyat, energetika və turizm nazirini qəbul edib

Azərbaycanın Prezidenti İlham Əliyev sentyabrın 21-də Bolqarıstan Respublikasının iqtisadiyyat, energetika və turizm naziri Trayço Traykovu qəbul edib.

Trend-in məlumatına görə, Bolqarıstan Respublikasının iqtisadiyyat, energetika və turizm naziri Trayço Traykov Bolqarıstan Prezidenti Georgi Pırvanovun salamlarını dövlətimizin başçısına çatdırdı.

Görüşdə Azərbaycanla Bolqarıstan arasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən energetika və turizm sektorunda əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulandı, yüksək səviyyəli səfərlərin və görüşlərin ikitərəfli münasibətlərin möhkəmləndirilməsi işinə böyük töhfə verdiyi qeyd edildi, Bolqarıstanın İqtisadiyyat, energetika və turizm naziri Trayço Traykovun ölkəmizə səfərinin iqtisadi sahədə əlaqələrimizin gələcək perspektivlərinin müəyyənləşdirilməsi baxımından önəmli olduğu bildirildi.

Dövlətimizin başçısı Bolqarıstan Prezidenti Georgi Pırvanovun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Bolqarıstanın dövlət başçısına çatdırmağı xahiş etdi.

Xəbər lenti

Xəbər lenti