...

İlham Əliyev Xaçmazda Şəxsiyyətlər Muzeyi ilə tanış olub (FOTO)

Siyasət Materials 23 Sentyabr 2011 18:06 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 23-də Xaçmaz rayonuna səfəri çərçivəsində şəhərdəki Şəxsiyyətlər Muzeyi ilə tanış olub
İlham Əliyev Xaçmazda Şəxsiyyətlər Muzeyi ilə tanış olub (FOTO)

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 23-də Xaçmaz rayonuna səfəri çərçivəsində şəhərdəki Şəxsiyyətlər Muzeyi ilə tanış olub.

Trend-in məlumatına görə, dövlətimizin başçısına məlumat verildi ki, Xaçmazda Şəxsiyyətlər Muzeyi 2006-cı ildə yaradılıb. O vaxt muzeydə 15 görkəmli şəxsiyyətin büstü var idi.

2010-cu ildə muzey genişləndirilərək yenidən qurulmuşdur. Hazırda iki hektaradək ərazisi olan açıq səma altında muzeydə dahi Nizami Gəncəvinin abidəsi ucaldılıb, Azərbaycanın 39 şair və yazıçısının, mədəniyyət və incəsənət xadiminin büstü qoyulub. Muzeydə olan beş fəvvarə yenidən qurulmuş, ərazidə bulaq kompleksi inşa edilib.

Dövlətimizin başçısı görülmüş işləri yüksək qiymətləndirdi, tövsiyə və tapşırıqlarını verdi.

Xəbər lenti

Xəbər lenti