...

Misirin sabiq informasiya naziri 7 il müddətinə azadlıqdan məhrum edilib

Siyasət Materials 28 Sentyabr 2011 15:56 (UTC +04:00)
Misirin sabiq informasiya naziri Ənəs əl-Fəkki dövlət vəsaitlərinin mənimsənilməsi ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.
Misirin sabiq informasiya naziri 7 il müddətinə azadlıqdan məhrum edilib

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Misirin sabiq informasiya naziri Ənəs əl-Fəkki dövlət vəsaitlərinin mənimsənilməsi ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "əl-Cəzirə" telekanalı xəbər verib.

Bu ilin yanvar-fevral aylarında kütləvi xalq hərəkatı zamanı nümayişçilərə atəş açmaq əmri verdiklərinə görə eks-prezident Hüsni Mübarək, sabiq daxili işlər naziri və köməkçiləri barəsində məhkəmə işi davam edir. Müttəhimlər bütün ittihamları rədd edirlər.

Mübarək fevralın 11-də davam edən aksiyalar, iqtisadi tənəzzül və təhlükəsizlik sisteminin dağılması fonunda istefa vermək məcburiyyətində qalıb. 83 yaşlı eks-prezident ilk dəfə məhkəmə qarşısına avqustun 3-də çıxıb. Məhkəmə televiziya ilə yayımlanıb. Milyonlarla misirli öz sabiq prezidentlərini səhhətinə görə tibbi xərəkdə uzanmış vəziyyətdə barmaqlıqlar arxasında görüb.

Xəbər lenti

Xəbər lenti