...

İsrail Türkiyədən üzr istəməlidir – Fələstin rəhbəri

Siyasət Materials 7 Oktyabr 2011 11:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir A.Tağıyeva/

İsrail Türkiyənin tələblərini yerinə yetirməli və bu ölkədən üzr istəməlidir, çünki bu, sülh danışıqlarında irəliləyişin əldə olunmasına yardım edəcək. Bunu Fələstin Milli Administrasiyasını rəhbəri (FMA) Mahmud Abbas deyib. Bu barədə Trend "Sabah" qəzetinə istinadən xəbər verir.

"Türkiyə-İsrail münasibətlərinin yaxşılaşması sülh danışıqlarının irəliləməsinə yardım edəcək", - Abbas bildirib.

Onun sözlərinə görə, əvvəllər İsraillə Suriya arasında münasibətlərdə vasitəçi rolu oynayan Türkiyə İsraillə Fələstin arasındakı sülh danışıqlarında uğurlu vasitəçi ola bilər.

"Biz daima regional böhranların həllində Ankaranın vasitəçiliyini dəstəkləmişik", - FMA rəhbəri bildirib.

Üç il əvvəl Ankara Suriya ilə İsrail arasında birbaşa olmayan danışıqlarda beynəlxalq vasitəçi kimi çıxış edib. Həmin danışıqlar 2008-ci ilin dekabrında İsrail ordusunun Qəzza sektorunda genişmiqyaslı hərbi əməliyyatlara başlamasından sonra dayandırılıb.

Hərbi və diplomatik sahədə son vaxtlaradək sıx əməkdaşlıq edən Türkiyə ilə İsrail arasındakı münasibətlərə ötən il mayın 31-də İsrail xüsusitəyinatlılarının Qəzza sektoruna humanitar yardım aparan gəmilərə hücum etməsindən sonra güclü zərbə dəyib. İsrail əsgərləri ilə toqquşmalar zamanı, Türkiyənin "Mavi Mərmərə" gəmisində doqquz türk fəalı həlak olub. Ankara Təl-Əvivlə münasibətlərə yenidən baxılacağını elan edib və İsraildən həlak olanların ailələrinə kompensasiyaların verilməsini tələb edib. Buna cavab olaraq İsrail üzr istəməyəcəyini bəyan edib. Bu ilin sentyabrında Ankara Türkiyə ilə İsrail arasındakı münasibətlərin ikinci dərəcəli səviyyəyə keçdiyini elan edərək Təl-Əvivlə hərbi əməkdaşlığı dondurub və öz səfirini geri çağırıb.

Hərbi və diplomatik sahədə son vaxtlaradək sıx əməkdaşlıq edən Türkiyə ilə İsrail arasındakı münasibətlərə ötən il mayın 31-də İsrail xüsusitəyinatlılarının Qəzza sektoruna humanitar yardım aparan gəmilərə hücum etməsindən sonra güclü zərbə dəyib. İsrail əsgərləri ilə toqquşmalar zamanı, Türkiyənin "Mavi Mərmərə" gəmisində doqquz türk fəalı həlak olub. Ankara Təl-Əvivlə münasibətlərə yenidən baxılacağını elan edib və İsraildən həlak olanların ailələrinə kompensasiyaların verilməsini tələb edib.

Ötən ilin dekabrında Türkiyənin İsrailə 41 nəfərin həyatına son qoyan və ölkə tarixində ən iri meşə yanğınları ilə mübarizə aparmaq üçün iki təyyarə göndərməsi zamanı ikitərəfli münasibətlərin bərpa olunacağına ümid yaranmışdı. Lakin az sonra Türkiyənin rəsmi şəxsləri bəyan etmişdi ki, Ankara İsraillə münasibətləri yalnız onun rəsmən üzr istəməsindən sonra bərpa edəcək. Təl-Əviv isə buna rədd cavabı vermişdi.

Xəbər lenti

Xəbər lenti