...

Prezident İlham Əliyev: Azərbaycan və Avstriya sürətlə inkişaf edən ikitərəfli münasibətlərində yeni mərhələyə qədəm qoyur (FOTO)

Siyasət Materials 12 Oktyabr 2011 13:12 (UTC +04:00)
Azərbaycan və Avstriya sürətlə inkişaf edən ikitərəfli münasibətlərində yeni mərhələyə qədəm qoyur
Prezident İlham Əliyev: Azərbaycan və Avstriya sürətlə inkişaf edən ikitərəfli münasibətlərində yeni mərhələyə qədəm qoyur (FOTO)

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

Azərbaycan və Avstriya sürətlə inkişaf edən ikitərəfli münasibətlərində yeni mərhələyə qədəm qoyur, Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Bakıda Avstriya Federal Prezidenti Haynts Fişerin iştirakı ilə keçirilən Azərbaycan və Avstriya nümayəndə heyətlərinin geniş tərkibdə görüşdə çıxışı zamanı deyib.

"Mən bilirəm ki, iqtisadi sahədə qarşılıqlı maraqlar vardır. İşgüzar dairələr arasında görüşlər keçiriləcək. Mədəniyyət sahəsində də bizim yaxşı nəticələrimiz vardır. Mən düşünürəm ki, əməkdaşlığımızın səviyyəsindən qane ola bilərik. Əlbəttdə ki, Sizin səfəriniz bu əlaqələri daha da gücləndirir və əminəm ki, bu da çox yaxşı nəticələr verəcək" İlham Əliyev deyib.

Avstriya Prezidentinin səfərinin ölkələr arasında əlaqələrin inkişafı üçün çox əhəmiyyətli olduğunu deyən İlham Əliyev deyib ki, səfər çərçivəsində bir sıra mühüm sənədlərin imzalanması və bir sıra müxtəlif məsələlərin ətraflı müzakirə edilməsi planlaşdırılır.

"İkitərəfli münasibətlərin gündəliyi kifayət qədər genişdir. Biz Dağlıq Qarabağ münaqişəsinin həlli də daxil olmaqla enerji əməkdaşlığı, iqtisadi fəaliyyət sahələrində qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə etməyə hazırıq. Biz sürətlə inkişaf edən ikitərəfli münasibətlərimizdə yeni mərhələyə qədəm qoyuruq" dövlət başçısı bildirib.

Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer deyib:

"Sizin atanızın 2000-ci ildə Avstriyaya səfərinizi xatırlayıram. O vaxtdan on bir il keçmişdir, bir çox dəyişikliklər baş vermişdir. Böyük inkişaf vardır. Ölkəniz inkişaf tempi baxımından böyük addımlar atmışdır. Bu, çox təqdirəlayiqdir. Bu münasibətlə təbriklərimi bildirirəm.
Mənə və məni müşayiət edən nümayəndə heyətinə səfərə dəvətinizə görə minnətdarlığımı bildirirəm. Sizin dəvətinizi böyük məmnuniyyətlə qəbul etdim. Nümayəndə heyətimizin tərkibi təkcə siyasətçilər və diplomatlardan ibarət deyildir. Bura, həmçinin işgüzar dairələrdən, elm, turizm və digər sahələrdən nümayəndələr daxildir".

Xəbər lenti

Xəbər lenti