...

Prezident İlham Əliyevin Oğuz rayonuna səfəri başlayıb (FOTO)

Siyasət Materials 16 Noyabr 2011 16:28 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Oğuz rayonuna səfərə gəlib
Prezident İlham Əliyevin Oğuz rayonuna səfəri başlayıb (FOTO)

Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Oğuz rayonuna səfərə gəlib.

Trend-in məlumatına görə, dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Oğuz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Prezident İlham Əliyevə abidənin yerləşdiyi ərazidə və rayonda görülmüş abadlıq-quruculuq işləri barədə məlumat verildi. Bildirildi ki, abidənin ətrafında yaşıllıq zolağı salınmış, ağac və bəzək kolları əkilmiş, müasir işıqlandırma sistemi quraşdırılmışdır.

Xəbər lenti

Xəbər lenti