Azərbaycan, Bakı, 15 dekabr /Trend/
Kreml Administrasiyası rəhbərinin birinci müavini Vladislav Surkov Sergey Narışkinin Dövlət Dumasında işə keçməsi ilə əlaqədar Prezident Administrasiyası rəhbərinin səlahiyyətlərini icra edir. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə RF Prezidentinin mətbuat katibi Natalya Timakova məlumat verib.
"Sergey Narışkinin işini Dövlət Dumasında davam etdirməsi ilə əlaqədar hazırda onun səlahiyyətlərini Kreml Administrasiyası rəhbərinin birinci müavini Vladislav Surkov icra edəcək", - Timakova deyib. Məlumatı RİA Novosti yazır.
Onun sözlərinə görə, Administrasiyanın rəhbəri bu həftənin sonu və ya gələn həftənin əvvəlində təyin ediləcək.