...

Macarıstanda "Naxçıvan" tematik təqvimi nəşr edilib

Siyasət Materials 22 Dekabr 2011 15:29 (UTC +04:00)
Azərbaycanın Macarıstandakı səfirliyi Azərbaycan və macar dillərində 2012-ci il üçün "Naxçıvan" adlı tematik təqvim nəşr edib.
Macarıstanda "Naxçıvan" tematik təqvimi nəşr edilib

Azərbaycan, Bakı, 22 dekabr /Trend/

Azərbaycanın Macarıstandakı səfirliyi Azərbaycan və macar dillərində 2012-ci il üçün "Naxçıvan" adlı tematik təqvim nəşr edib.

Səfirlikdən cümə axşamı Trend-ə verilən məlumata görə, təqvimdə Naxçıvan Muxtar Respublikasının tarixini, təbiətini, maddi-mədəniyyət abidələrini, qədim və müasir memarlığını əks etdirən fotoşəkillər, eyni zamanda, qədim diyarın bir neçə min illik tarixini əks etdirən qısa oçerk yerləşdirilib.

Təqvim Budapeştdə akkreditə olunan xarici ölkə səfirliklərinə və beynəlxalq təşkilatlara, Macarıstanın müxtəlif dövlət və hökumət qurumlarına, ali məktəblərə, idarə və müəssisələrə göndərilib.

Səfirlik növbəti ildə "Qarabağ" tematik təqvimini hazırlamağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti