...

Fazil Mustafa: Azərbaycanda siyasi partiyaların qeydiyyatı zamanı rayon təşkilatlarının sayı nəzərə alınmalıdır

Siyasət Materials 5 Yanvar 2012 15:58 (UTC +04:00)
Azərbaycanın Böyük Quruluş Partiyası Milli Məclisdə müzakirəyə çıxarılacaq "Siyasi partiyalar haqqında" qanunda partiyaların rayon təşkilatlarının sayının nəzərə alınmasını təklif edir.
Fazil Mustafa: Azərbaycanda siyasi partiyaların qeydiyyatı zamanı rayon təşkilatlarının sayı nəzərə alınmalıdır

Azərbaycan, Bakı, 5 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Böyük Quruluş Partiyası Milli Məclisdə müzakirəyə çıxarılacaq "Siyasi partiyalar haqqında" qanunda partiyaların rayon təşkilatlarının sayının nəzərə alınmasını təklif edir.

Partiya sədri Fazil Mustafa cümə axşamı Trend-ə bildirib ki, partiya qeydiyyata alınarkən onun ölkənin regionlarının yarısında və yaxud 2/3-də rayon təşkilatlarının olması tələb kimi irəli sürülməlidir.

"Buna əsaslandırılmış tələb kimi baxıla bilər. Əsas olan partiyalar üçün çətinləşdirici deyil, onların işini asanlaşdıran yolun seçilməsidir", - Mustafa deyib.

"Siyasi partiyalar haqqında" qanun 1992-ci ildə qəbul olunub. Ciddi dəyişikliklərdən sonra yenidən qəbul olunacaq qanun layihəsində partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi də nəzərdə tutulur. Qanun layihəsində partiya yaratmaq üçün minimum 5000 imzanın toplanması təklif olunur.

Hakim Yeni Azərbaycan Partiyasının "Siyasi partiyalar haqqında" qanuna təklifi ondan ibarətdir ki, partiya üzvləri ölkənin azı 50 seçki dairəsindən və dairələrin hər birindən 100 nəfərin imzasını toplamalıdır.

Xəbər lenti

Xəbər lenti