...

Fəzail Ağamalı: İqtidaryönlü partiyaların blok yaratması istisna deyil

Siyasət Materials 6 Yanvar 2012 16:43 (UTC +04:00)
Ana Vətən Partiyasının sədri iqtidaryönlü partiyaların prezident seçkiləri ərəfəsində hər hansı bir blok və ya birliyinin yaradılmasını istisna etmir.
Fəzail Ağamalı: İqtidaryönlü partiyaların blok yaratması istisna deyil

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir E.Mehdiyev/

İqtidaryönlü Ana Vətən Partiyasının (AVP) sədri iqtidaryönlü partiyaların prezident seçkiləri ərəfəsində hər hansı bir blok və ya birliyinin yaradılmasını istisna etmir.

"Qarşıdan gələn prezident seçkilərində belə bir blokun yaradılması haqqında indidən hər hansı bir fikir söyləmək çətindir" bunu cümə günü Trend-ə açıqlamasında AVP sədri, deputat Fəzail Ağamalı bildirib.

Onun sözlərinə görə, belə blokun yaranması üçün, ilk növbədə, hakim Yeni Azərbaycan Partiyası təşəbbüs göstərməlidir və bu məsələdə iqtidaryönlü partiyalar öz təkliflərini verə bilərlər.

"Ancaq güman etmirəm ki, belə bir blok yarana bilər. Lakin bu siyasətdir, elə bir situasiya yarana bilər ki, blok təsis olunar. Ancaq indiyə qədər belə bir blokun yaranması üçün təşəbbüs olsa da, bu, reallaşmayıb", - Ağamalı deyib.

PArtiya sədrinin sözlərinə görə, 2008-ci ildə keçirilən prezident seçkilərində də buna bənzər epizodik xarakter daşıyan fikirlər ortalıqda oldu, müəyyən rəylər söylənildi, lakin belə bir blokun yaradılması reallaşmadı.

"YAP isə buna heç zaman ehtiyac duymayıb. Çünki YAP özünün kütləviliyi, təşkilati gücü, ciddi insan resursları və intellektual imkanları ilə fərqlənən partiyadır. Ona görə də buna ehtiyac duymur. Ana Vətən Partiyası da belə bir blokun yaradılmasına maraq göstərməyib", - Ağamalı bildirib.

Onun sözlərinə görə, YAP, eyni zamanda, Ana Vətən Partiyası buna maraq göstərməyib və belə bir blokun yaranması reallaşmayıb.

"Bu, ötən zamanlarda da belə olub. Lakin 2013-cü ildə keçirilməsi nəzərdə tutulan prezident seçkisi ərəfəsində hansı situasiyanın yaranacağını demək tezdir və konkret fikir söyləmək çətindir", - Ağamalı deyib.

Xəbər lenti

Xəbər lenti