Azərbaycan, Bakı, 9 yanvar / Trend müxbir M.Əliyev/
Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) müxtəlif beynəlxalq təşkilatların missiyasının tərkibində Qazaxıstanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə edəcək. Bu barədə bazar ertəsi Trend-ə MSK Katibliyinin müdiri Rövzət Qasımov məlumat verib.
Onun sözlərinə görə, MSK üzvləri və Katibliyin nümayəndələri Müstəqil Dövlətlər Birliyi (MDB), Türkdilli Ölkələr Şurasının müşahidə missiyasının tərkibində və eyni zamanda Qazaxıstan MSK-nın dəvəti ilə müstəqil şəkildə seçkiləri izləyəcəklər.
Qazaxıstanda növbədənkənar parlament seçkiləri yanvarın 15-də keçiriləcək.
Qasımov bildirib ki, Azərbaycan MSK nümayəndələri seçkiləri Qazaxıstanın paytaxtı Astanada və digər şəhərlərdə müşahidə edəcəklər.