Azərbaycan, Bakı, 11 yanvar /Trend/
Belarus və Azərbaycan yaxın perspektivdə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsində maraqlıdır. Trend-in məlumatına görə, bu barədə Belarusun mədəniyyət naziri Pavel Latuşko və Azərbaycanın bu ölkədəki səfiri İsfəndiyar Vahabzadənin yanvarın 10-da keçirilən görüşü zamanı bəyan edilib.
Mədəniyyət Nazirliyinin mətbuat katibi Anna Smolskayanın "BelaPAN"a verdiyi məlumata görə, tərəflər danışıqlar zamanı iki ölkənin mədəniyyət sahəsində əməkdaşlığının möhkəmlənməsi və inkişafında maraqlı olduqlarını ifadə ediblər.