...

Əli Həsənov: Azərbaycan bu gün dünyanın əhəmiyyətli geosiyasi faktoruna çevrilib

Siyasət Materials 13 Fevral 2012 17:56 (UTC +04:00)
Azərbaycan bu gün dünyanın əhəmiyyətli geosiyasi faktoruna çevrilib.
Əli Həsənov: Azərbaycan bu gün dünyanın əhəmiyyətli geosiyasi faktoruna çevrilib

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycan bu gün dünyanın əhəmiyyətli geosiyasi faktoruna çevrilib. Trend-in məlumatına görə, bunu bazar ertəsi Xəzər İnteqrasiya Klubunun üzvləri ilə görüşdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

"Azərbaycan daha 100 il Avropanı enerji ilə təmin edə bilər", - Həsənov qeyd edib.

O bildirib ki, 1994-cü ildən Azərbaycanda stabil vətəndaş cəmiyyəti yaradılıb, qonşularla stabil siyasi əlaqə xətti seçilib.

PA-nın şöbə müdiri deyib ki, 1993-cü ildən bu yana Azərbaycan demokratik ölkələrə, Avropa ölkələrinə inteqrasiya xətti seçib və bunu hazırda da davam etdirir.

"Azərbaycanın qərb ölkələri ilə hazırkı münasibətləri arzuolunacaq şəkildədir", - Həsənov vurğulayıb.

O, həmçinin deyib ki, Qərblə müəyyən problemlər də var ki, bu da Avropada tətbiq olunan sərt viza rejimidir.

Görüşdə Əli Həsənova Xəzər İnteqrasiya Klubunun fəxri sertifikatı təqdim olunub.

Xəbər lenti

Xəbər lenti