...

Oqtay Əsədov: Müxtəlif beynəlxalq qurumlarda Xocalı soyqırımı ilə bağlı qətnamələrin qəbul edilməsi mühüm məsələdir

Siyasət Materials 14 Fevral 2012 12:30 (UTC +04:00)
Oqtay Əsədov: Müxtəlif beynəlxalq qurumlarda Xocalı soyqırımı ilə bağlı qətnamələrin qəbul edilməsi mühüm məsələdir
Oqtay Əsədov: Müxtəlif beynəlxalq qurumlarda Xocalı soyqırımı ilə bağlı qətnamələrin qəbul edilməsi mühüm məsələdir

Azərbaycan, Bakı, 14 fevral / Trend müxbir M.Əliyev/

Milli Məclisin çərşənbə axşamı plenar iclası başlayıb. Trend-in məlumatına görə, iclasın açılışında İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqındakı nümayəndə heyətinin rəhbəri, professor Gövhər Baxşəliyeva həmin təşkilatın İndoneziyada keçirilmiş iclası barədə məruzə ilə çıxış edib.

Baxşəliyeva deyib ki, Konfransın yekun hesabatında İƏT Pİ-nin əməkdaşlığı çərçivəsində üzv ölkələrin parlamentləri Ermənistan Silahlı Qüvvələri tərəfindən Xocalı şəhərində dinc əhaliyə qarşı həyata keçirilmiş kütləvi qırğını soyqırımı aktı kimi tanımağa çağırılıb və onu törədənlərin məsuliyyətə cəlb edilməsi tələb olunub.

Spiker Oqtay Əsədov bildirib ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqına Xocalı soyqırımı haqqında qətnamə layihəsinin təqdim olunması mühüm məsələdir.

Spiker deyib ki, müxtəlif beynəlxalq qurumlarda Xocalı soyqırımı ilə bağlı qətnamələrin qəbul edilməsi mühüm məsələlərdən biridir.

Bu gün keçirilən iclasda Mərkəzi Bankın İdarə Heyəti üzvlərinin təyin edilməsi, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə qanun layihəsi, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi, Cinayət Məcəlləsində dəyişiklik edilməsi, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanun layihəsi (II oxunuş) müzakirəyə çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti