...

Ermənistanın xarici işlər nazirinin müavini İranda gorüşlər keçirir

Siyasət Materials 15 Fevral 2012 12:48 (UTC +04:00)
İranda səfərdə olan Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan ötən gün İranın xarici işlər naziri Əli Əkbər Salehi ilə görüşüb.
Ermənistanın xarici işlər nazirinin müavini İranda gorüşlər keçirir

Azərbaycan, Bakı, 15 fevral / Trend müxbir T.Cəfərov/

İranda səfərdə olan Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan ötən gün İranın xarici işlər naziri Əli Əkbər Salehi ilə görüşüb. Trend-in məlumatına görə, bu barədə İranın xarici işlər nazirliyinin rəsmi saytı məlumat verir.

Məlumata əsasən, görüşdə beynəlxalq və regional məsələlər, həmçinin ikitərəfli əlaqələrin perspektivləri müzakirə olunub.

Köçəryan bu gün həmçinin İranın XİN başçısının müavini Abbas Əraqçi ilə də görüşüb. Görüşdə iki ölkə arasında siyasi, iqtisadi əlaqələrin inkişafı və iki ölkə arasında imzalanmış razılaşmaların icrasının zəruriliyindən danışılıb.

Məlumata əsasən, bu gün Tehran Universitetində İran-Ermənistan arasında münasibətlərin 20-ci ildönümü münasibətilə tədbir keçiriləcək.

Xəbər lenti

Xəbər lenti