...

Müsavat Partiyasının qurultayı qeyri-müəyyən müddətə təxirə salınıb

Siyasət Materials 20 Fevral 2012 16:41 (UTC +04:00)
Bu il martın 3-4-də keçirilməsi planlaşdırılan Müsavat Partiyasının qurultayı qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
Müsavat Partiyasının qurultayı qeyri-müəyyən müddətə təxirə salınıb

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir E.Mehdiyev/

Bu il martın 3-4-də keçirilməsi planlaşdırılan Müsavat Partiyasının qurultayı qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Trend-in məlumatına görə, bu barədə Müsavat Partiyasının Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin bazar ertəsi keçirilən iclasında qərar verilib.

Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı Trend-ə açıqlamasında xəbəri təsdiqləyib.

Qeyd edək ki, Müsavat Partiyası Məclisinin yanvarın 7-də keçirilən iclasında VIII qurultayın bu il martın 3-4-də keçirilməsi qərara alınıb. Qurultay zamanı yeni başqanın seçilməsi məsələsi də gündəmdədir.

Xəbər lenti

Xəbər lenti