Azəbaycan, Bakı, 23 fevral /Trend/
Fevralın 22-dən 23-nə keçən kecə AzTV dövlət telekanalının rəsmi saytı xaker hücumuna məruz qaldı.
Özlərini "İranın kiber ordusu" adlandıran cinayətkarlar bu hücuma görə məsuliyyəti üzərlərinə götürərək saytın ana səhifəsində müvafiq məlumat yerləşdiriblər.
Hal-hazırda AzTV saytının normal işi bərpa olunub.
Yanvar ayında Azərbaycanda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin və Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Departamentinin serverlərində yerləşən müxtəlif qurumların, ictimai təşkilatların və KİV-in saytlarına xaker müdaxilələri baş verib.
Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun sözlərinə görə, müəyyən olunub ki, İrandan 24, Niderlanddan isə 1 hücum həyata keçirilib.
"Biz İran tərəfinə müraciət edərək hücumların həyata keçirildiyi ünvanları dəqiq göstərmişik", - nazir bildirib.