Azərbaycan, Bakı, 25 fevral / Trend/
Böyük Britaniyanın ən yaxşı universitətlərindən olan Exeter Universitetində Ekzeter Azərbaycan Cəmiyyəti tərəfindən respublikamızın İngiltərədəki səfirliyinin dəstəyi ilə Xocalı Soyqırımının 20-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
Çəmiyyətdən şənbə günü Trend-ə verilən məlumata görə, tədbirin iştirakçıları arasında universitetin professorları və tələbələri, eyni zamanda ətraf şəhərlərdən də cəlb olunmuş azərbaycanlı və əcnəbi qonaq olub.
Ekzeter konfransı Böyük Britaniya sakinlərinə Xocalı soyqırımını daha yaxından tanımaq və belə bir faciənin bir daha yaşanmaması üçün dəstəklərini göstərmək şansını verib.
Tədbirdə erməni vəhşiliklərini göstərən qısa video-rolik nümayiş edilib. Video-rolik Heydər Əliyev Fondu tərəfindən hazırlanıb və Texas Azərbaycan-Amerika Şurası tərəfindən təqdim edilib.
Tədbir zamanı İngiltərənin Azərbaycandakı səfirliyinin nümayəndəsi Ceyhun Novruzov iştirakçılara "Xocalıya ədalət" kompaniyasıyla bağlı geniş məlumat verib. O, faciənin dünyaya çatdırılmasının vacibliyini qeyd ederek iştirakcıları Böyük Britaniya hökumətinə ünvanlanmış epitasiyaya qoşulmağa dəvət edib. Sonra iştirakçılar müvafiq təbliğat materialları ilə tanış olub, kampaniyanın hazırladığı petisiyaya imza atıblar.
ədbirdə Ekzeter Azərbaycan Cəmiyyətinin prezidenti Orxan Məmmədov, siyasət elmləri namizədi, politoloq Sabina Metcalf, siyasi tədqiqatçı və Türk Cəmiyyətinin elmi işlər üzrə numayəndəsi Alixan Limoncuoğlu çıxış ediblər.
Qeyd edək ki, Ekzeter Universiteti Azərbaycan Cəmiyyəti 2010cu ilin noyabr ayında Orxan Məmmədovun təşəbbüsüylə yaradılıb .Cəmiyyət Azərbaycanın, mədəniyyətimizin və tariximizin təbliğatiyla əlaqədar bir sıra böyük layihələrə imza atıb.