...

Azərbaycan Prezidenti İlham Əliyevin Astara rayonuna səfəri başlayıb (FOTO)

Siyasət Materials 13 Mart 2012 11:36 (UTC +04:00)
Trend-in məlumatına görə, dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Astara şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu
Azərbaycan Prezidenti İlham Əliyevin Astara rayonuna səfəri başlayıb (FOTO)

Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Astara rayonuna səfərə gəlib.

Trend-in məlumatına görə, dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Astara şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Məlumat verildi ki, ulu öndərin abidəsinin yerləşdiyi parkda son dövrlərdə geniş abadlıq-quruculuq işləri aparılıb. Parkın ərazisi genişləndirilərək 2,5 hektara çatdırılıb. Burada sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb.

Xəbər lenti

Xəbər lenti