Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Salyan rayonuna səfəri çərçivəsində Kürsəngi-Yolüstü kəndarası avtomobil yolunun açılışında iştirak edib.
Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Azərbaycan Prezidentinə Kürsəngi-Yolüstü kəndarası avtomobil yolunda görülən işlər barədə məlumat verildi. Bildirildi ki, bu yol Kürsəngi, Birinci Varlı, Yolüstü və Yeni Uluxanlı kəndlərinin ərazisindən keçir. Bundan başqa, bu yol daha iki kəndin - Peyk və İkinci Varlı kəndlərinin 10 mindən çox əhalisinin yol probleminin həllinə də təsir göstərəcəkdir. Yolun ümumi uzunluğu 23,5 kilometr, eni 10 metrdir.
Dövlətimizin başçısına məlumat verildi ki, Kürsəngi-Yolüstü yolu Prezidentin ehtiyat fondundan ayrılan vəsait hesabına təmir edilmişdir.
Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Sonda xatirə şəkli çəkdirildi.
Azərbaycan Prezidenti Kürsəngi-Yolüstü kəndarası avtomobil yolunun açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Salyan rayonuna səfəri çərçivəsində Kürsəngi-Yolüstü kəndarası avtomobil yolunun açılışında iştirak edib.
