...

Azərbaycan Vergilər Nazirliyi və Beynəlxalq Antikorrupsiya Akademiyası arasında Anlaşma Memorandumu təsdiq edilib

Siyasət Materials 14 Mart 2012 20:09 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev 2012-ci il fevralın 15-də Şamaxı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Beynəlxalq Antikorrupsiya Akademiyası arasında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə fərman imzalayıb.
Azərbaycan Vergilər Nazirliyi və Beynəlxalq Antikorrupsiya Akademiyası arasında Anlaşma Memorandumu təsdiq edilib

Azərbaycan, Bakı, 14 mart /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev 2012-ci il fevralın 15-də Şamaxı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Beynəlxalq Antikorrupsiya Akademiyası arasında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə fərman imzalayıb.

Vergilər Nazirliyinə bu fərmanda göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə isə həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Beynəlxalq Antikorrupsiya Akademiyasını xəbərdar etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti