...

Aİ Bəşşar Əsədin bütün ailə üzvlərini "qara siyahı"ya saldı

Siyasət Materials 24 Mart 2012 11:28 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) Suriya Prezidenti Bəşşar Əsədin ailəsinin kişi üzvlərindən sonra indi də onun həyat yoldaşı Əsma, anası Ənisə, bacısı Büşra və Əsma Əsədin bacısı Sare Ahrası "qara sıyahı"ya salıb.
Aİ Bəşşar Əsədin bütün ailə üzvlərini "qara siyahı"ya saldı

Azərbaycan, Bakı, 24 mart /Trend, müxbir M.Salmanov/

Avropa İttifaqı (Aİ) Suriya Prezidenti Bəşşar Əsədin ailəsinin kişi üzvlərindən sonra indi də onun həyat yoldaşı Əsma, anası Ənisə, bacısı Büşra və Əsma Əsədin bacısı Sare Ahrası "qara sıyahı"ya salıb. Bu barədə şənbə günü Trend türkiyə KİV-ə istinadən məlumat verir.

Məlumata görə, Aİ ölkələrinin xarici işlər nazirlərinin cümə günü Brüsseldə keçirilən iclasından sonra Əsədin ailə üzvlərinə qarşı əlavə sanksiyalar tətbiq edilib. Sanksiyalara əsasən, adıçəkilən insanların hesabları dondurularaq barələrində səyahət qadağası tətbiq edilib.

Sanksiyalar Suriyada yüksək vəzifədə çalışan 8 şəxsə də şamil edilib. Bununla belə, Əsma Əsəd haqqındakı səyahət qadağası onun vətəndaşı olduğu Böyük Britaniyaya getməsinə mane olmayacaq.

Rəsmi Londonun açıqlamasına görə, Aİ tərəfindən Briyaniya vətəndaşlarına qarşı tətbiq edilən səyahət qadağası onların ölkələrinə getmələrinə əngəl törədə bilməz.

Xəbər lenti

Xəbər lenti