...

Aİ Ermənistanda insanların güllələnməyəcəyinə ümid edir

Siyasət Materials 27 Mart 2012 18:14 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) qarşıdakı Ermənistanda parlament seçkilərinin gedişatını tam izləyəcək.
Aİ Ermənistanda insanların güllələnməyəcəyinə ümid edir

Azərbaycan, Bakı, 27 mart /Trend/

Avropa İttifaqı (Aİ) qarşıdakı Ermənistanda parlament seçkilərinin gedişatını tam izləyəcək. Aİ nümayəndələri ümid edirlər ki, 2008-ci ilin martında baş vermiş hadisələr təkrarlanmayacaq.

Aİ-nin Ermənistandakı səfiri Trayan Xrista ümid edir ki, hakimiyyət vədinə sadiq qalacaq və seçkiləri düzgün və açıq keçirəcək.

Əgər 2012-ci ilin mayın 6-da Ermənistandakı parlament seçkiləri düzgün və ədalətili olacaqsa, Yerevan Avropaya inteqrasiya planında çox şey qazanacaq. Trend-in məlumatına görə, bu barədə Aİ-nin Yerevandakı missiyasının rəhbəri Trayan Xrista "Regnum"un müxbiri ilə söhbət zamanı bildirib.

O qeyd edib ki, mayın 6-da düzgün və ədalətli seçkilərin keçirilməsi Ermənistanın Avropaya inteqrasiyası məsələsində böyük impuls olacaq.

"Biz bu barədə çox bəyan etmişik və diqqətimizi bu istiqamətdə cəmləşdiririk", - səfir deyib.

"Yerevan "müvafiq" seçkilərin keçirilməsi təqdirində Avropadan konkret nəsə gözləyə bilər" sualını səfir belə cavablandırıb:

"Gəlin seçkilərədək gözləyək".

Xəbər lenti

Xəbər lenti