...

Heydər Əliyev Fondunun dəstəyi ilə Parisdə "Bakıya uçuş" adlı sərginin açılışı nəzərdə tutulur

Siyasət Materials 5 Aprel 2012 09:45 (UTC +04:00)
Heydər Əliyev Fondunun dəstəyi ilə Fransanın paytaxtı Parisdə "Bakıya uçuş" adlı sərginin açılışı nəzərdə tutulur. Bu barədə Trend-ə Heydər Əliyev Fondundan məlumat verilib.
Heydər Əliyev Fondunun dəstəyi ilə Parisdə "Bakıya uçuş" adlı sərginin açılışı nəzərdə tutulur

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir S.Ağayeva/

Heydər Əliyev Fondunun dəstəyi ilə Fransanın paytaxtı Parisdə "Bakıya uçuş" adlı sərginin açılışı nəzərdə tutulur. Bu barədə Trend-ə Heydər Əliyev Fondundan məlumat verilib.

Məlumata görə, fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə gerçəkləşən səyyar sərgini Şərqlə Qərb mədəniyyətinin qovşagından ilhamlanan müasir Azərbaycan incəsənətinin uğurlu təqdimatı kimi qiymətləndirmək olar.

Sərginin ilk təqdimatı ilin əvvəlində Londonda - dünyanın ən böyük art auksionu sayılan "Phillips de Pury and Company" qalereyasında olub.

Müxtəlif beynəlxalq sərgilərin təşkilatçısı kimi tanınan Herve Mikaeloffun kuratorluq etdiyi növbəti sərgi Parisdə - Salomon de Rotşild malikanəsində keçiriləcək.

"Bakiya uçuş" sərgisi qədim və ənənələrlə zəngin Azərbaycanın müasir incəsənətini əhatə edən maraqlı konsepsiya əsasında hazırlanıb. Bakının özünəxas simasını və sürətlə inkişaf edən müasir Azərbaycanı təqdim etmək üçün müxtəlif nəsildən olan yaradıcı insanların - Ağa Hüseynov, Aida Mahmudova, Əli Həsənov, Altay Sadıxzadə, Eliyar Əlimirzəyev, Ənvər Əskərov, Faiq Əhməd, Fəxriyyə Məmmədova, Fərid Rəsulov, Hüseyn Haqverdi, İrina Eldarova, Leyla Əliyeva, Məmməd Mustafayev, Məlik Ağamalov, Mirnadir Zeynalov, Niyaz Nəcəfov, Orxan Hüseynov, Rəşad Ələkbərov, Rəşad Babayev, Sənan Ələsgərov və Törə Ağabəyovanın əsərləri seçilib.

Təqdim olunan rəssamlıq, qrafika, heykəltaraşlıq, installasiya, video-art, foto performanslarının müəllifləri əsərlərində Azərbaycanın müasir vizual incəsənətinin dərin qatlarını və müxtəlifliyini açmaqla yanaşı, çoxşaxəli mədəni məkanda öz parlaqlığını qorumaq imkanını da nümayiş etdirir.

Xəbər lenti

Xəbər lenti