...

Erməni deputatların qərəzli fikirləri ilə bağlı Avronest PA və Avropa Parlamentinə müraciət ediləcək

Siyasət Materials 6 Aprel 2012 16:40 (UTC +04:00)
Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Ermənistan nümayəndə heyətinin Bakı sessiyasından qayıtdıqdan sonra Yerevanda keçirdiyi mətbuat konfransında səsləndirilən bir sıra fikirlərə münasibət bildirib.
Erməni deputatların qərəzli fikirləri ilə bağlı Avronest PA və Avropa Parlamentinə müraciət ediləcək

Azərbaycan, Bakı, 6 aprel /Trend/

Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Ermənistan nümayəndə heyətinin Bakı sessiyasından qayıtdıqdan sonra Yerevanda keçirdiyi mətbuat konfransında səsləndirilən bir sıra fikirlərə münasibət bildirib.

"Hovhanisyanın Azərbaycan Prezidentinin çıxışından sonra guya bizim milət vəkillərinin erməni deputatlara yaxınlaşaraq üzr istəmələri ilə bağlı verdiyi "məlumat" məndə təəssüf və təəccüb hissi doğurdu. Etiraf edim ki, bu, Yerevandakı mətbuat konfransında səslənən yeganə qeyri-obyektiv fikir deyil", - Trend-in məlumatına görə, Süleymanov mətbuata açıqlamasında deyib.

Süleymanov, həmçinin Ermənistan nümayəndə heyəti üzvlərinin Bakı sessiyası barədə müxtəlif mətbuat orqanlarında səsləndirdikləri qərəzli fikirlərlə bağlı Avronest PA və Avropa Parlamentinin rəhbərliyinə müraciət ediləcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti