...

Ermənistan KİV: Seçkilər Avropada siyasi sığınacaq almaq üçün yaxşı bəhanədir

Siyasət Materials 10 Aprel 2012 17:42 (UTC +04:00)
Məlum olduğu kimi, bir çox Ermənistan vətəndaşları qarşılarına mümkün qədər Avropaya tez çatmaq və orada siyasi sığınacaq almaq məqsədi qoyub.
Ermənistan KİV: Seçkilər Avropada siyasi sığınacaq almaq üçün yaxşı bəhanədir

Azərbaycan, Bakı, 10 aprel /Trend/

Məlum olduğu kimi, bir çox Ermənistan vətəndaşları qarşılarına mümkün qədər Avropaya tez çatmaq və orada siyasi sığınacaq almaq məqsədi qoyub. Lakin bunun üçün əsas lazımdır. Trend-in məlumatına görə, bu mövzunu Ermənistanın "Qraparak" qəzeti səhifələrində geniş işıqlandırır.

"Seçkilər siyasi motivlər üzrə təqib edilən şəxs statusunun alınması üçün olduqca yaxşı bəhanədir. Əldə etdiyimiz məlumata görə, Avropada möhkəmlənmək niyyəti olanlar müvafiq vəsiqəyə malik olmaq üçün müxalifət namizədlərinin etibarlı şəxsləri olurlar. Əgər konkret seçki məntəqəsində hər hansı insident baş versə, o zaman işi görülmüş hesab etmək olar. Məlumatımıza görə, seçkilərdən sonra Avropaya getmək üçün qəsdən namizədliklərini irəli sürənlər var", - "Qraparak" qəzetində deyilir.

Ermənistanın eks-prezidenti Robert Koçaryan yaxın vaxtlarda parlament seçkilərinədək bəyanatla çıxış etməyə hazırlaşır. Bu barədə "Joxovurd" qəzeti etibarlı mənbələrə istinadən məlumat verir. Bundan başqa, Koçaryan daxili siyasi məsələlərə toxunacaq. Qəzetin məlumatına görə, nə vaxtsa onun əhatəsindən bir nəfər soruşub ki, "o, seçkilərdən sonra böyük siyasətə qayıdacaqmı?". Koçaryan cavab verib: "Mən bu ölkəni sahmana salmaq istəyirəm....".

Xəbər lenti

Xəbər lenti