Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir S.Ağayeva/
İranın öz nüvə iddialarından imtina etməsi üçün bu ölkəyə qarşı sanksiyaları genişləndirmək lazımdır. Bu barədə bazar ertəsi Trend-ə müsahibəsində Azərbaycanda rəsmi səfərdə olan İsrailin xarici işlər naziri Aviqdor Liberman bildirib.
"Bu, bizim rəsmi mövqeyimizdir", - XİN rəhbəri deyib.
Liberman qeyd edib ki, İsrail İrandakı vəziyyəti və bəyanatları diqqətlə izləyir.
"Biz hesab edirik ki, dünya ictimaiyyətinə "5+1" və İran çərçivəsində bütün danışıqlar prosesini tükəndirmək imkanı verməliyik. Sanksiyalar olduqca səmərəli oldu və fikrimizcə, İranın nüvə iddialarından əl çəkməsi üçün bu sanksiyaları genişləndirmək lazımdır", - Liberman vurğulayıb.