Azərbaycan, Bakı, 24 may /Trend, müxbir S.Ağayeva/
İran ölkənin rəsmi şəxslərinin sərt bəyanatlarına görə Azərbaycandan üzr istəməlidir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.
Abdullayev, həmçinin, İran tərəfinin Azərbaycanın bu ölkədəki səfirinə etiraz notası təqdim etməsi barədə məlumatı təkzib edib.
XİN rəsmisi qeyd edib ki, Bakı Tehrandan Azərbaycanın İrandakı diplomatik missiyalarının qarşısında antiazərbaycan aksiyalarının keçirilməsinə yol verməməyi tələb edir.
Qeyd edək ki, bir gün əvvəl İranın xarici işlər naziri Əli Əkbər Salehi Azərbaycanın ünvanına sərt bəyanatlar səsləndirib.