...

Bakıda Hillari Klintonun vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşündə iqtisadi məsələlər müzakirə edilib

Siyasət Materials 6 İyun 2012 17:57 (UTC +04:00)
ABŞ-ın dövlət katibi Hillari Klinton Azərbaycana səfəri zamanı vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüş keçirib.
Bakıda Hillari Klintonun vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşündə iqtisadi məsələlər müzakirə edilib

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir E.Mehdiyev/

ABŞ-ın dövlət katibi Hillari Klinton Azərbaycana səfəri zamanı vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüş keçirib.

Görüşdə iştirak edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov Trend-ə bildirib ki, görüş zamanı bütovlükdə sosial və iqtisadi məsələlər müzakirə olunub.

Onun sözlərinə görə, eyni zamanda, görüşdə hökumətlə vətəndaş cəmiyyəti arasında münasibətlərin qurulması yolları, əldə olunan uğurlar, mövcud problemlər və problemlərin həllində vətəndaş cəmiyyətinin rolu müzakirə olunub.

Görüşdə Açıq Cəmiyyət İnstitutunun nümayəndəsi Fidan Bağırova, İctimai Vəsaitin Monitorinqi Mərkəzinin direktoru İnqilab Əhmədov, Beynəlxalq Şəffaflıq Təşkilatının Bakı nümayəndəliyinin rəhbəri Rəna Səfərəliyeva da iştirak edib.

Xəbər lenti

Xəbər lenti