...

Allahşükür Paşazadə AŞPA həmməruzəçiləri ilə görüşüb

Siyasət Materials 12 İyun 2012 18:39 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə iyunun 12-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt (İspaniya) və Cozef Debano Qrexi (Malta) qəbul edib.
Allahşükür Paşazadə AŞPA həmməruzəçiləri ilə görüşüb

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir E.Mehdiyev/

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə iyunun 12-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt (İspaniya) və Cozef Debano Qrexi (Malta) qəbul edib.

Trend-in məlumatına görə, həmməruzəçilərə Azərbaycanda dini vəziyyət haqqında ətraflı məlumat verən Paşazadə ölkədə müxtəlif din nümayəndələrinin tolerantlıq, dostluq və qardaşlıq şəraitində yaşadığını diqqətə çatdırıb.

"Azərbaycanda din sahəsində, eləcə də din və dövlət münasibətlərində heç bir problem yaşanmır. Həm ulu öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin prezidentliyi dövründə hər zaman dövlətin dinə diqqət və qayğısını hiss etmişik", - Paşazadə deyib.

Azərbaycanın yeganə probleminin Dağlıq Qarabağ münaqişəsi olduğunu deyən Paşazadə bu problemin sülh yolu ilə və qanun çərçivəsində həll olunmasını arzuladığını həmməruzəçilərin diqqətinə çatdırıb.

Görüşdə iştirak edən Azərbaycanda təmsil olunan müxtəlif dini icmaların rəhbərləri də Azərbaycanın çoxmillətli bir ölkə olduğunu qeyd edərək burada bütün dinlər üçün eyni hüquqların verildiyini və yüksək şəraitin yaradıldığını söyləyib.

Həmməruzəçilər də görüşdən mənun qaldıqlarını söyləyərək səmimi qəbula və ətraflı məlumata görə öz təşəkkürlərini bildiriblər.

Xəbər lenti

Xəbər lenti