...

Rumıniya XİN Azərbaycan ilə diplomatik əlaqələrin 20 illiyinə həsr olunmuş press reliz dərc edib

Siyasət Materials 22 İyun 2012 19:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyun /Trend/

Rumıniya Xarici İşlər Nazirliyinin mətbuat xidməti Azərbaycan ilə Rumıniya arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyinə həsr olunmuş press reliz dərc edib.

Trend-in məlumatına görə, press relizdə 28 sentyabr 2009-cu ildə hər iki ölkənin prezidentləri tərəfindən imzalanmış "Rumıniya və Azərbaycan arasında strateji tərəfdaşlığın yaradılması haqqında Bəyannamə"dən və bunun həyata keçirilməsi üçün qəbul edilmiş Fəaliyyət Planından söz açılıb.

Həmçinin, press-relizdə ikitərəfli əməkdaşlığın gələcək perspektivlərinə inam ifadə olunub.

Xəbər lenti

Xəbər lenti