Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir E.Mehdiyev/
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiyaya səfər edəcək.
Nazirin bu ay səfər edəcəyi planlaşdırılır. Trend-in məlumata görə, bu barədə Azərbaycanın eləcə də Kolumbiyada akkreditə olunmuş Meksikadakı səfiri İlqar Muxtarov bazar ertəsi jurnalistlərə bildirib.
Onun sözlərinə görə, səfər çərçivəsində ikitərəfli əməkdaşlığın inkişafı məsələləri, səfirliyin açılması perspektivləri və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə olunacaq.