...

Ceyms Appaturay: Ermənistan və Azərbaycan arasında cəbhə xəttində vəziyyətin gərginləşməsindən narahatıq (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 5 İyul 2012 10:43 (UTC +04:00)
Ermənistan və Azərbaycan arasında son aylar cəbhə xəttində vəziyyətin gərginləşməsindən narahatıq.
Ceyms Appaturay: Ermənistan və Azərbaycan arasında cəbhə xəttində vəziyyətin gərginləşməsindən narahatıq (ƏLAVƏ OLUNUB)

Appaturayın sözləri əlavə olunub. İlk xəbər saat 10:23-də yayılıb.

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir M.Əliyev/

Ermənistan və Azərbaycan arasında son aylar cəbhə xəttində vəziyyətin gərginləşməsindən narahatıq. Trend-in məlumatına görə, bunu cümə axşamı Bakıda jurnalistlərə NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay deyib.

Xüsusi nümayəndə NATO-nun münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun səylərini dəstəklədiyini qeyd edib.

Onun sözlərinə görə, NATO Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinə cəlb olunmadığı üçün bununla əlaqədar əsas söz sahibi deyil.

"Biz istəyirik ki, iki ölkə arasında qarşılıqlı sülh yaradılsın. NATO bölgədə sülhü və təhlülkəsizliyi dəstəkləyir. NATO Azərbaycandan olan məcburi köçkünlərin öz torpaqlarına qayıtmasının tərəfdarıdır. Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in Mnsk qrupunun fəaliyyətini tam dəstəkləyirik", - Appaturay əlavə edib.

Qeyd edək ki, xüsusi nümayəndə Bakıda ANAMA və NATO-nun birgə təşkilatçılığı ilə həyata keçirilən Ceyrançöl layihəsinin açılış mərasiminə qatılıb.

Appaturay açıqlamasında ANAMA-nın mövcud texniki imkanlarını yüksək qiymətləndirib, NATO-nun dəstəyi ilə bir sıra layihələr reallaşdırıldığını vurğulayıb.

Xüsusi nümayəndə Azərbaycanın NATO-ya üzvlüyü ilə bağlı məsələnin gündəlikdə olmadığını deyib.

Onun sözlərinə görə, Azərbaycan-NATO tərəfdaşlıq əlaqələri hazırda inkişaf edir.

"Biz bu əməkdaşlığın gələcəkdə də davam etdirilməsinə çalışacağıq. Azərbaycan hərbiçiləri NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində Əfqanıstanda hərbi əməliyyatlarda yaxından iştirak edirlər. Biz bunu Azərbaycanın NATO-ya töhfəsi kimi dəyərləndiririk", - Appaturay əlavə edib.

Xəbər lenti

Xəbər lenti