...

Sergey Narışkin Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Siyasət Materials 9 İyul 2012 11:51 (UTC +04:00)
Azərbaycanda səfərdə olan Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.
Sergey Narışkin Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycanda səfərdə olan Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

Trend-in məlumatına görə, Sergey Narışkin Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə güllər düzülüb.

Rusiyanın nümayəndə heyəti Şəhidlər xiyabanında "Əbədi məşəl" kompleksi önünə əklil qoyub. Qonaqları Azərbaycan Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov müşayiət edib.

Xəbər lenti

Xəbər lenti