...

"Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna dəyişikliklər qüvvəyə minib

Siyasət Materials 17 İyul 2012 03:21 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanunun tətbiqi haqqında fərman imzalayıb.
"Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna dəyişikliklər qüvvəyə minib

Azərbaycan, Bakı, 17 iyul/ Trend/

Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanunun tətbiqi haqqında fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etməli və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Həmçinin Nazirlər Kabinetinə tapşırırlır ki, "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2011-ci il 30 sentyabr tarixli 201-IVQD nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 26 dekabr tarixli 566 nömrəli Fərmanının 2.3-cü bəndində nəzərdə tutulmuş "daşınmaz əmlaka hüquqların qeydiyyatını aparmış başqa dövlət orqanları"nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 407-IVQD nömrəli Qanununa uyğunlaşdırılmasını təmin etməli və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

Prezidentin fərmanı ilə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.8-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirdiyi müəyyən edililir.

Fərmana müvafiq olaraq həmin Qanunun 8.0.1-ci maddəsində "icra hakimiyyəti orqanları" dedikdə Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti, 8.0.5-ci maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti, 8.0.7-ci maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutuluduğu da müəyyənləşib.


Xəbər lenti

Xəbər lenti