...

Elmar Məmmədyarov Latın Amerikası ölkələrinə və Fransaya səfər edəcək

Siyasət Materials 20 İyul 2012 16:38 (UTC +04:00)
Azərbaycan XİN-in rəhbəri Elmar Məmmədyarov iyulun 23-dən 31-dək Latın Amerikası ölkələrinə və Fransaya səfər edəcək.
Elmar Məmmədyarov Latın Amerikası ölkələrinə və Fransaya səfər edəcək

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir S.Ağayeva /

Azərbaycan XİN-in rəhbəri Elmar Məmmədyarov iyulun 23-dən 31-dək Latın Amerikası ölkələrinə və Fransaya səfər edəcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev bildirib.

Turneyə Kolumbiyaya, Argentinaya, Uruqvaya və Peruya rəsmi səfərlər daxil edilib.

"Turne çərçivəsində nazirin həmin ölkələrin rəsmi şəxsləri ilə görüşləri planlaşdırılır. Azərbaycan Latın Amerikası ölkələri ilə əməkdaşlığa böyük əhəmiyyət verir", - Abdullayev deyib.

Onun sözlərinə görə, Fransada nazir öz həmkarı ilə görüşəcək. Görüşdə siyasi və iqtisadi sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq.

"Fransadakı görüşdə Dağlıq Qarabağ münaqişəsi ayrıca müzakirə olunacaq", - Abdullayev bildirib.

Azərbaycanın Latın Amerikası ölkələri ilə münasibətləri Meksikada və Argentinada Azərbaycanın səfirliklərinin açılması ilə əhəmiyyətli dərəcədə genişlənib.

Xəbər lenti

Xəbər lenti