...

Gürcüstan MSK bületenlərin 94 faizini hesablayıb

Siyasət Materials 3 Oktyabr 2012 01:05 (UTC +04:00)
Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) 3 776 seçki məntəqəsindən 3 480-dən (94,05 faiz) əldə edilən məlumatları hesablayıb.
Gürcüstan MSK bületenlərin 94 faizini hesablayıb

Trend-i buradan izləyin

Gürcüstan, Tbilisi, 3 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) 3 776 seçki məntəqəsindən 3 480-dən (94,05 faiz) əldə edilən məlumatları hesablayıb.

Trend-in məlumatına görə, ilkin məlumata əsasən, Bidzina İvanişvilinin lideri olduğu müxalif "Gürcü arzusu" koalisiyası 55,08 faiz səslə liderliyini davam etdirir.

İkinci yerdə hakim "Vahid Milli Hərəkat" partiyası (40,14) qərarlaşıb.

Sonrakı yerləri, müvafiq olaraq, Georgi Tarqamadzenin Xristian Demokrat Hərəkatı (2,04 faiz) və Şalva Natelaşvilinin Gürcüstan Leyborist Partiyası (1,25 faiz) tuturlar.

Oktyabrın 1-də Gürcüstanda 14 partiya və iki siyasi blokun iştirak etdiyi parlament seçkiləri keçirilib. Konstitusiyaya dəyişikliklər qüvvəyə mindikdən sonra parlament 2013-cü ildə daha geniş səlahiyyətlər əldə edəcək, dövlət başçısının hüquqları isə azaldılacaq.

Xəbər lenti

Xəbər lenti