...

Mixail Qusman: Bakı Beynəlxalq Humanitar Forumu daha nüfuzlu meydançaya çevriləcək

Siyasət Materials 3 Oktyabr 2012 15:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir E.Tarıverdiyeva/

Bakıda sabah keçiriləcək II Beynəlxalq Humanitar Forum bu gün humanitar sahədə ön plana çıxan çox mühüm, aktual məsələlərin müzakirəsi üçün getdikcə daha nüfuzlu meydançaya çevriləcək. Bu barədə çərşənbə günü Trend-ə İTAR-TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman bildirib.

"Dünyada bir çox forumlar mövcuddur. Bu forumlarda iqtisadiyyat və energetika məsələləri, siyasi problemlər müzakirə olunur. Lakin humanitar məsələlərin, müasir dünyanın fəlsəfi baxımdan dərk edilməsi və mürəkkəb 21-ci əsrin başlanğıcında meydana çıxan problemlərin müzakirəsi üçün dünyada belə meydança olmayıb", - Qusman deyib.

Onun sözlərinə görə, Bakının iki il əvvəl həmin təşəbbüslə çıxış etməsi vaxtında və aktual idi.

Qusmanın fikrincə, forumun vacibliyi yalnız artacaq, bu, artıq bu gün plenar iclasların və disputların mövzusundan görünür. O bildirib ki, Bakıya foruma gələnlərin çox böyük gözləntiləri var.

"Bəşəriyyət bir çox humanitar sualların cavabını gözləyir və əgər Bakıdakı görüşdə heç olmasa bu sualların bir hissəsinə cavab verilsə, forumun öz vəzifəsini yerinə yetirdiyini hesab etmək olar", - o deyib.

Qeyd edək ki, II Beynəlxaql Humanitar Forum oktyabrın 4-5-də Bakıda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti