...

Azərbaycan "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiya"nın Əlavə Protokolunu imzalayıb

Siyasət Materials 9 Oktyabr 2012 18:11 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində, o cümlədən bu mübarizədə son dərəcə zəruri olan antikorrupsiya qanunvericiliyinin təkmilləşdirilməsi və mövcud beynəlxalq konvensiyaların müddəalarına uygunlaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Belə ki, ölkə başcısının siyasi iradəsinə uygun olaraq, 2003-cü ildə Azərbaycan Respublikası Avropa Şurasının "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında" Konvensiyasına qoşulub.
Azərbaycan "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiya"nın Əlavə Protokolunu imzalayıb

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində, o cümlədən bu mübarizədə son dərəcə zəruri olan antikorrupsiya qanunvericiliyinin təkmilləşdirilməsi və mövcud beynəlxalq konvensiyaların müddəalarına uygunlaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Belə ki, ölkə başcısının siyasi iradəsinə uygun olaraq, 2003-cü ildə Azərbaycan Respublikası Avropa Şurasının "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında" Konvensiyasına qoşulub.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanın cinayət qanunvericiliyində edilmiş dəyişikliklərə əsasən, Avropa Şurasının "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiya"sının 5 (xarici vəzifəli şəxslərin rüşvətlə ələ alınması), 6 (xarici dövlətlərin seçkili orqanları üzvlərinin rüşvətlə ələ alınması), 10 (Beynəlxalq parlament assambleyaları üzvlərinin rüşvətlə ələ alınması) və 12-ci (nüfuz alveri) maddələrinə dair Azərbaycan Respublikası tərəfindən edilmiş qeyd-şərtlərin ləğvi və Avropa Şurasının "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiya"sının 15 may 2003-cü il tarixli Əlavə Protokoluna (milli dövlət arbitrlərinin rüşvət istəməsi, xarici arbitrlərin, milli və xarici münsiflərin rüşvətlə ələ alınması) sözügedən sənədin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində tətbiq edilməyəcəyi barədə bəyanat ilə qoşulması ilə əlaqədar ölkədaxili prosedurlar Respublika Prokurorluğu tərəfindən həyata keçirilib.

Korrupsiyaya qarşı mübarizə sahəsində prokurorluq orqanlarının üzərinə mühüm vəzifələrin qoyulması nəzərə alınaraq, Azərbaycan Prezidentinin 30 avqust 2012-ci il tarixli sərəncamı ilə Avropa Şurasının "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiya"sına Əlavə Protokolu Azərbaycan Respublikası adından müvafiq bəyanatla imzalamaq səlahiyyəti Azərbaycanın Baş prokuroruna həvalə edilib.

Azərbaycanın Baş prokuroru Zakir Qaralov oktyabrın 8-də Konvensiyanın Əlavə Protokolunu Avropa Şurasının mənzil qərargahında imzalayıb.

İmzalanma mərasimində Avropa Şurası yanında Azərbaycan Respublikası nümayəndəliyinin müvəqqəti işlər vəkili C.Mirzəyev, Baş prokuror yanında Korrupsiyaya qarsı mübarizə idarəsinin rəisi K.Əliyev və Baş prokurorun köməkçisi V. Səmədov iştirak ediblər.

Səfər zamanı Baş prokuror Avropa Şurasının baş katibinin müavini xanım Qabriella Battaini-Draqoni ilə ikitərəfli görüş keçirib və dövlət başçısının siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş qanunverici və institusional tədbirlər, o cümlədən Açıq Hökumətin təşviqinə və Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət planları, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması və funksiyaları barədə ətraflı məlumat verilib, habelə ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlər barədə məlumatları özündə əks etdirən kitabçalar təqdim olunub.

Görüş zamanı ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində aparılmış mütərəqqi dəyişikliklər müsbət qiymətləndirilib, Azərbaycanın Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO) ilə uğurlu əməkdaşlığı xüsusi vurğulanaraq onun davam etdiriləcəyinə əminlik ifadə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti