...

İranın Azərbaycana təyin olunmuş yeni səfiri Bakıya sabah gələcək

Siyasət Materials 11 Oktyabr 2012 14:38 (UTC +04:00)
İran İslam Respublikasının Azərbaycana təyin edilən yeni səfiri Möhsin Pak Ayin sabah Bakıya gələcək.
İranın Azərbaycana təyin olunmuş yeni səfiri Bakıya sabah gələcək

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir T.Cəfərov/

İran İslam Respublikasının Azərbaycana təyin edilən yeni səfiri Möhsin Pak Ayin sabah Bakıya gələcək. Bunu Trend-ə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Seyyid Məhəmmməd Ayətullahi deyib.

Möhsin Pak Ayin 1954-cü ilə Fars əyalətində anadan olub. 1987-91-ci illər ərzində parlament deputatı olub. Azərbaycana səfir təyin edilməzdən əvvəl İran XİN-in Əfqanıstan üzrə departamentinin rəhbəri vəzifəsində çalışıb. Müxtəlif illərdə İranın Zambiya, Özbəkistan və Tailanddakı səfiri olub.

Pak Ayin bu vəzifədə diplomatik missiyasını cari ilin yayında başa çatan Məhəmmədbağır Bəhramini əvəz edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti