...

Türkiyədə kürd problemi yoxdur - Milliyyətçi Hərəkat Partiyası

Siyasət Materials 4 Noyabr 2012 14:59 (UTC +04:00)
Türkiyədə kürd problemi yoxdur - Milliyyətçi Hərəkat Partiyası
Türkiyədə kürd problemi yoxdur - Milliyyətçi Hərəkat Partiyası

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir R.Hafizoğlu/

Müxalifətdə olan Milliyyətçi Hərəkat Partiyası (MHP) lideri Devlet Bahçeli partiyasının qurultayında çıxışı zamanı, Türkiyədə kürd vətəndaşlarla heç bir problemin olmadığını bildirib.

Trend in məlumatına görə, bu haqda Türkiyəninin TRT Haber telekanalı məlumat verib.

Partiya lideri onu da qeyd edib ki, xarici qüvvələrin əlində alət olan PKK terror təşkilatı müxtəlif vasitələrlə Türkiyənin unitar dövlət quruluşunu dağıltmaq istiəyindədir.

" Türkiyə dövlətinin parçalanmasına əsla izin verilməyəcəkdir" deyə, Bahçeli bildirib.

Müxalifət lideri onu da qedy edib ki, Türkiyədə olan bütün millətlər eyni hüquqa sahibdir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti