...

HƏMAS: İsrailin Qəzzadakı əməliyyatlarının hədəfi Misirin xarici siyasətinin prioritetlərini yoxlamaq idi

Siyasət Materials 22 Noyabr 2012 17:17 (UTC +04:00)
Qəzzadakı hərbi əməliyyatların aparılmasında məqsədlərdən biri Misirin xarici siyasətinin prioritetlərini yoxlamaq idi.
HƏMAS: İsrailin Qəzzadakı əməliyyatlarının hədəfi Misirin xarici siyasətinin prioritetlərini yoxlamaq idi

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir A.Tağıyeva/

Qəzzadakı hərbi əməliyyatların aparılmasında məqsədlərdən biri Misirin xarici siyasətinin prioritetlərini yoxlamaq idi. Trend-in "əl-Cəzirə" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Qəzzada HƏMAS hökumətinin rəhbəri İsmayıl Haniyə bildirib.

O, həmçinin qeyd edib ki, bu əməliyyat fələstinlilərin İsrail işğalına qarşı müqavimətini və birliyini möhkəmləndirdi.

Haniyə atəşkəsin əldə olunmasında vasitəçiliyə görə Misirə minnətdarlığını bildirib və qeyd edib ki, Fələstinlə İsrail arasında sülhün əldə olunması nəticəsində Misir regionun lideri rolunu özünə qaytardı.

Qeyd edək ki, ABŞ və Misirin vasitəçiliyi ilə əldə olunmuş atəşkəs çərşənbə günü saat 21:00-dan qüvvəyə minib. İsrailin apardığı əməliyyatlar nəticəsində 160-dan çox fələstinli həlak olub ki, onların da əksəriyyəti dinc sakinlərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti