...

YUNESKO işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında qərar qəbul edib

Siyasət Materials 21 Dekabr 2012 16:30 (UTC +04:00)
Bu gün Parisdə keçirilən YUNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinin 7-ci sessiyasında Azərbaycanın təşəbbüsü ilə işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında qərar qəbul edilib.
YUNESKO işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında qərar qəbul edib

Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir E.Mehdiyev/

Bu gün Parisdə keçirilən YUNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinin 7-ci sessiyasında Azərbaycanın təşəbbüsü ilə işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında qərar qəbul edilib.

Trend XİN-nin rəsmi saytına istinadən xəbər verir ki, qərarda işğal edən ölkələr tərəfindən işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında hesabatın verilməsi öhdəliyi və işğal edilmiş ərazilərə texniki missiyaların göndərilməsi imkanı əks olunub.

Bununla yanaşı, qərara əsasən Katiblik gələn il Komitəyə təqdim edilməsi üçün işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması ilə bağlı Haaqa Konvensiyası və onun ikinci protokolunda əks olunan müvafiq müddəaların həyata keçirilməsi ilə bağlı ətraflı sənəd hazırlamalıdır.

Bu sənədin Komitədə qəbul edilməsi ilə Azərbaycan işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması məsələsinin daha geniş müzakirə edilməsi və müəyyən mexanizmlərinin qəbul edilməsinə bünövrə yaradıb.

Qeyd edilməlidir ki, bu qərar Ermənistan və onu dəstəkləyən bir sıra Komitə üzvləri tərəfindən etirazlarla qarşılansa da, Komitənin əksər üzvləri Azərbaycanın təşəbbüsünü bəyənib, bununla bağlı gələcək addımların atılmasını dəstəkləyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti