...

Səfir: İsraildə keçiriləcək seçkilərdən sonra da Azərbaycanla münasibətlər olduğu kimi davam edəcək

Siyasət Materials 10 Yanvar 2013 12:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir E.Mehdiyev/

Ötən 20 il ərzində Azərbaycanla İsrail arasında xüsusi əlaqələr yaranıb və İsrail Azərbaycanla münasibətləri yüksək qiymətləndirir. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rafael Harpaz deyib.

"Bizim bir çox ortaq məqamlarımz var və İsraildə keçiriləcək parlament seçkilərindən sonra da münasibətlərimiz olduğu kimi davam edəcək. Azərbaycan və İsrail bir çox sahələrdə əməkdaşlıq edir və dörd sahədə əməkdaşlıq perspektivləri daha genişdir. İsrailin telekommunikasiya, kənd təsərrüfatı, su və tibb texnologiyaları sahələrində geniş təcrübəsi var. İki ölkə həm də enerji sahəsində əməkdşığı genişləndirə bilər. İsraildə təbii qaz ehtiyatları tapılıb və bizim üçün bu sahədə Azərbaycanın təcrübəsini öyrənmək çox vacidir. Həmçinin İsrailin özəl sektoru Azərbaycana böyük maraq göstərir", - Harpaz əlavə edib.

Səfir 2012-ci ildə Azərbaycanla İsrail arasında əməkdaşlığı yüksək qiymətləndirib.

"İki ölkə arasında çox yaxşı siyasi münasibətlər var. Düşünürəm ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi konstruktiv rol oynayır", - Harpaz bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti