...

İran Azərbaycandakı sabiq səfirini Türkiyəyə göndərdi

Siyasət Materials 30 Yanvar 2013 16:39 (UTC +04:00)
İranın Azərbaycandakı sabiq səfiri Əlirza Bikdeli bu ölkənin Türkiyədəki səfiri təyin olunub.
İran Azərbaycandakı sabiq səfirini Türkiyəyə göndərdi

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir T.Cəfərov/

İranın Azərbaycandakı sabiq səfiri Əlirza Bikdeli bu ölkənin Türkiyədəki səfiri təyin olunub. Bu barədə Trend İranın "Fars" agentliyinə istinadən məlumat verir.

Bikdeli bundan əvvəl İran Xarici İşlər Nazirliyinin Siyasi və beynəlxalq araşdırmalar ofisinin rəis müavini, nazirliyin Əfqanıstan ofisinin rəhbəri, İranın Azərbaycanda və Kiprdə səfiri vəzifələrində çalışıb.

Bikdeli İranın Türkiyədəki hazırkı səfiri Bəhmən Həsənpuru əvəz edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti