...

İsraildən Suriyaya silsilə aviazərbələr

Siyasət Materials 31 Yanvar 2013 01:31 (UTC +04:00)
Trend-in Suriyanın Səna və beynəlxalq agentliklərə istinadən xəbərinə görə, Tsaxal ordusu Suriyanın hərbi araşdırma mərkəzinə avia zərbə endirib.
İsraildən Suriyaya silsilə aviazərbələr

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir E.Qəzvini/

Trend-in Suriyanın Səna və beynəlxalq agentliklərə istinadən xəbərinə görə, Tsaxal ordusu Suriyanın hərbi araşdırma mərkəzinə avia zərbə endirib. Məlumatdə iddia olunur ki, İsrail təyyarələri əvvəlcə səhər radələrində paytaxt Dəməşqin hərbi mərkəzini, ardindan axşam radələrində isə Suriya-Livan sərhəddindəki bir neçə hədəfə hava zərbəsi endirib.

Suriyanın dövlət televiziyası hərbi araşdırma mərkəzinə endirılən zərbələr nəticəsində 2 nəfərin öldüyünü, daha 5-nin isə yaralandığını yayıb.

Məlum olub ki, binaya ciddi ziyan dəyib. Rəsmi Təl-Əviv xəbərə şərh verməsə də, Suriyanın Silahlı Qüvvələrinin baş komandanlığı Yəhudi orsuduna məxsus qırıcılarının hər iki hava zərbəsi faktı təstiqlənib. Olay adı cəkilməyən qərb diplomatı və təhlükəsizlik nümayəndəsi tərəfindən də təstiqini tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti