...

Akademik Zərifə Əliyevanın 90 illik yubileyi qeyd ediləcək

Siyasət Materials 8 Fevral 2013 09:55 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev akademik Zərifə Əliyevanın 90 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.
Akademik Zərifə Əliyevanın 90 illik yubileyi qeyd ediləcək

Azərbaycan, Bakı, 8 fevral /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev akademik Zərifə Əliyevanın 90 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, 2013-cü ilin aprel ayında Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın 90 illiyi tamam olur.

Akademik Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanmışdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir.

Prezident İlham Əliyev Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkəmizdə tibb elminin inkişafında əvəzsiz xidmətləri olan akademik Zərifə Əliyevanın 90 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıb ki, Azərbaycanın Səhiyyə Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə akademik Zərifə Əliyevanın 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti