...

Türkiyənin baş naziri İsrailin blokadanı götürməsi şəraitini nəzarətdə saxlamaq üçün Qəzzaya gedəcək

Siyasət Materials 26 Mart 2013 15:39 (UTC +04:00)
Türkiyə İsrail tərəfindən Qəzza sektorunun blokadasının götürülməsini və “Azadlıq donanması”na qarşı hərbi əməliyyatda həlak olanların ailələrinə kompensasiyaların ödənilməsini nəzarətdə saxlayacaq.
Türkiyənin baş naziri İsrailin blokadanı götürməsi şəraitini nəzarətdə saxlamaq üçün Qəzzaya gedəcək

Azərbaycan, Bakı, 26 mart /Trend, müxbirlər İ.İzzət, A.Tağıyeva/

Türkiyə İsrail tərəfindən Qəzza sektorunun blokadasının götürülməsini və "Azadlıq donanması"na qarşı hərbi əməliyyatda həlak olanların ailələrinə kompensasiyaların ödənilməsini nəzarətdə saxlayacaq.

Trend TRT Haber-ə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan bildirib.

Ərdoğanın sözlərinə görə, o, blokadanın götürülməsi vəziyyətini nəzərdən keçirmək üçün aprel ayında Qəzzaya gedəcək.

"İsrailin Türkiyədən üzr istəməsi və digər iki şərtin yerinə yetirilməsi Tel-Əvivin fələstinlilərə qarşı etdiklərinə bəraət qazandırmır", - deyə baş nazir qeyd edib.

Qeyd edək ki, Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşdırılmasına dair razılıq ötən həftənin cümə günü İsrailin baş naziri Binyamin Netanyahunun türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla telefon danışığı zamanı Türkiyə vətəndaşlarının ölümünə səbəb olan hərbi-dəniz əməliyyatları zamanı buraxılan səhvlərə görə üzr istəməsindən sonra əldə olunub.

İsrailin baş nazirinin dəftərxanasından bildiriblər ki, hökumət başçıları səfirlərin qayıtması və Türkiyənin İsrail hərbçilərini hüquqi məsuliyyətə cəlb etməsi tələbindən imtina etməsi də daxil olmaqla münasibətlərin bərpa olunması haqda razılıq əldə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti