Azərbaycan, Bakı, 28 mart /Trend/
Avropa İttifaqının (Aİ) mühacirətin qarşısını almaq üçün Ermənistana təqdim edəcəyi 1 milyon avro problemi əsaslı şəkildə həll etməyəcək. Trend-in cümə axşamı Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, bunu Ermənistan Mərkəzi Bankının keçmiş sədri, iqtisadçı Baqrat Asatryan jurnalistlərə deyib.
"Bizim ciddi mühacirət problemimiz var, bunu hətta qaçış adlandırmaq olar. İldən-ilə əmək yaşına daxil olanların sayı azalır. İndiki nəsildə hər beşinci qadın ana olmaqdan məhrum olub, çünki kişi-qadın nisbəti belədir. Gələn il ölüm halları doğumu üstələyəcək", - Asatryan qeyd edib.
O hesab edir ki, sistemi dəyişmək lazımdır, əks halda Ermənistan gələcəyi olmayan ölkəyə çevriləcək.